QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bavariyanın baş naziri, Xristian-Sosial İttifaqının (XSS) rəhbəri Markus Söder Almaniyada məcburi hərbi xidmətin yenidən tətbiq edilməsini təklif edib.

Söderin fikrincə, ölkənin müdafiə imkanlarını artırmaq üçün silahlanmaya daha çox vəsait ayırmaqla yanaşı, orduda xidmət edənlərin sayını da yüksəltmək lazımdır.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə hərbi qulluqçuların sayını könüllü xidmət vasitəsilə artırmağın mümkün olduğunu düşünür. Onun açıqlamasına görə, Bundesverdə hazırda təxminən 190 min hərbçi var. Bu, son 13 ilin ən yüksək göstəricisidir.

Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarından olan nümayəndələr isə könüllülük əsasında çağırışın kifayət etməyəcəyi halda məcburi hərbi xidmətin bərpasını zəruri sayırlar.