QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Haber Global Baş Qlobal Yayın Redaktoru Taha Dağlı Şuşa şəhərindəki səfəri barədə təəssüratlarını bölüşüb.

Dağlı Azərbaycanın paytaxtında və Şuşada gördüklərini canlı yayımla izah edib. O, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin qurulmasında böyük səylərin olduğunu vurğulayıb və bu münasibətləri “sarsılmaz qardaşlıq” kimi qiymətləndirib.

Mənbənin məlumatına görə, Dağlı Şuşa səfəri zamanı Prezident İlham Əliyev ilə görüşüb. Baş redaktor görüş və şəhərdəki inkişaf haqda müşahidələrini izləyicilərlə canlı yayımla paylaşıb.