QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, aktrisa Hazar Ergüçlü 19 ildir müntəzəm psixoloji yardım aldığını açıqlayıb.

Onun fikrincə, peşəkar aktyorlar üçün psixoloji dəstək seçim deyil, vacib ehtiyacdır. Ergüçlü aktyorluq peşəsində qeyri-müəyyənliyin daim mövcud olduğunu bildirib.

“19 ildir psixoloji dəstək alıram. Aktyorun buna ehtiyacı var. Aktyorluqda hər zaman qeyri-müəyyənliklə qarşılaşırsan. Bu peşədə rol oynadığın an psixoloji dəstəyə ən az ehtiyac duyulan mərhələdir”, – deyə aktrisa qeyd edib.