QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti görüşlər keçiriləcək. Azərbaycan millisinin Andorra ilə yoxlama matçı da eyni gün baş tutacaq.

Gecənin ilk qarşılaşmasında Farer Adaları Moldova yığmasını qəbul edəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu “CBC Sport” canlı yayımlayacaq.

Almaniya və Niderland komandalarının görüşü isə saat 23:45-də start götürəcək. Bu matç da “CBC Sport” telekanalında göstəriləcək.

Azərbaycan millisi Andorra ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 22:00-da başlanacaq qarşılaşma “CBC Sport”da yayımlanacaq.

UEFA Millətlər Liqası — 16 noyabr:

19:00 — Farer Adaları – Moldova (“CBC Sport”);

23:45 — Almaniya – Niderland (“CBC Sport”).

Yoxlama oyunu:

22:00 — Andorra – Azərbaycan (“CBC Sport”).