QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, aktyor Nikolas Keycin 10,5 milyon dollar dəyərində olan malikanəsinin önündə geniş ərazini əhatə edən torpaq çökməsi baş verib.

Təxminən 9 metr dərinliyində çökəklik yarandığı bildirilir. Buna səbəb kimi güclü yağışlar və sahil eroziyası göstərilir. Hadisədən sonra magistral təbii qaz xəttində sızma aşkarlanıb. Təhlükəsizlik qüvvələri tədbirlər görərək ərazini tam mühasirəyə alıb.

Çökmə yaxınlıqdakı digər yaşayış sahələri üçün də təhlükə yaradıb. Monitorinqlərin yekununda risk nəzərə alınaraq 31 mülk qəzalı elan edilib və həmin yerlərdən müvəqqəti istifadə qadağan olunub.

Nikolas Keyc təhlükəsizlik rejiminə görə öz evinə girə bilmədiyini və hazırda oteldə qalmağa məcbur olduğunu deyib.