QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakını məntiqli hesab edir. O, bu məsələnin Qazaxıstanla keçiriləcək təmaslarda müzakirə edilə biləcəyini deyib.

Peskov bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın təşkilata qoşulması üçün addımlar atılmasının vacibliyi barədə açıqlamasını şərh edərkən səsləndirib.

Rusiyada türk mənşəli xalqların yaşadığı çoxsaylı regionların olduğunu qeyd edən Kremlin sözçüsü bildirib: “Rusiyanın Türk Dövlətləri Təşkilatının fəaliyyətində iştirakı məntiqli olar. Söhbət Rusiyanın ayrı-ayrı regionlarının deyil, ölkənin özünün iştirakından gedir”.