QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Polşa GROM xüsusi təyinatlılarının hərbçiləri mümkün təxribatların qarşısını almağa yönələn polis əməliyyatında iştirak etmək üçün Kalininqrad vilayəti ilə sərhədə göndərilib.
Baş nazir Donald Tusk bu barədə Nazirlər Kabinetinin toplantısı ərəfəsində jurnalistlərə danışıb. Onun sözlərinə görə, həmin əraziyə polis, sərhəd xidməti və antiterror bölmələrinin böyük qüvvələrinin yerləşdirilməsi qərara alınıb.
Tusk qərarın Polşa və xarici xüsusi xidmət orqanlarından daxil olan mümkün təxribat və diversiya təhlükəsi ilə bağlı məlumatlar əsasında verildiyini qeyd edib.
Polşa mətbuatının məlumatına görə, Tuskun antiterror qüvvələri kimi təqdim etdiyi GROM bölmələri Rusiya ilə sərhəddəki vəziyyəti izləyəcək.