QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-nin əyləncə sektorunun iri şirkətlərindən olan Walt Disney xərcləri azaltmaq məqsədilə minlərlə əməkdaşını işdən çıxarmağı nəzərdən keçirir. Hədəf illik xərcləri 20 faiz aşağı salmaqdır.

Şirkət rəhbərliyi bəzi menecerlərə illik məsrəflərin bu həddə endirilməsi ilə bağlı tapşırıq verib. Mənbələrin bildirdiyinə görə, qənaətin əsas hissəsi minlərlə işçinin ixtisarı hesabına əldə edilə bilər.

Planlaşdırılan dəyişikliklərin Disney-in əyləncə parkları, televiziya kanalları və kino studiyaları da daxil olmaqla əməliyyat bölmələrində çalışanlara təsir göstərəcəyi qeyd olunur.

Şirkətin ötən il üzrə məlumatlarında dünya miqyasında 231 min nəfərin onun işçisi olduğu göstərilib.