QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 3 noyabr 2026-cı ildə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatına keçirilən aralıq seçkilərin nəticələri ölkənin siyasi mənzərəsinə təsir göstərəcək. Qərb mediasında hər iki palatada Demokratların üstünlük əldə edəcəyi proqnozlaşdırılsa da, ekspertlər başqa nəticə ehtimalını da mümkün sayırlar.

İqtisadçı Natiq Cəfərli şəxsi Facebook səhifəsində yazıb ki, seçkiqabağı sorğularda Demokratların favorit göstərilməsi partiyanın tərəfdarlarında arxayınlıq yarada, eyni zamanda Respublikaçıların səfərbərliyinə təkan verə bilər.

Onun fikrincə, son 4-5 ayda formalaşan təbliğat şəraiti Respublikaçı seçicilərin seçki məntəqələrinə daha çox gəlməsinə səbəb ola bilər.

Nümayəndələr Palatasında Demokratların cüzi fərqlə irəlidə olacağı ehtimal edilsə də, Senatda rəqabət daha gərgin görünür. Hazırda çoxluğa sahib Respublikaçılar həssas ştatlarda seçici fəallığını artıraraq gözləniləndən artıq müqavimət göstərirlər.

Bülletenlərin hesablanması davam etdikcə, Respublikaçıların mövcud mövqelərini saxlaması və ya fərqin proqnozlaşdırılandan az olması mümkün ssenarilər kimi qiymətləndirilir.