QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 3-dən başlayaraq Əqrəb, Oxatan və Dolça bürclərinin nümayəndələri uzun müddətdir qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün əlverişli imkanlar əldə edə bilərlər. Astroloji proqnozda əvvəlki zəhmətin bəhrə verəcəyi, cəsarətli planların gerçəkləşməsi üçün şərait yaranacağı bildirilir.
Astroloji yozumlara görə, Lilithin düz hərəkətə başlaması bu bürclərin özünəinamını və iradəsini gücləndirəcək. Nəticədə onların qarşısında yeni bir mərhələnin açılacağı gözlənilir.
Əqrəb
Əqrəblər gördükləri işlərin nəticələrini hiss etməyə başlayacaqlar. Bu nailiyyətlər onları daha böyük hədəflərə doğru aparacaq. Proqnoza əsasən, inkişaf yolunda qarşılarına çıxan əngəlləri dəf etmək üçün daha qəti addımlar atacaqlar. Əzmkarlıqları isə çoxdan istədikləri nəticəyə yetişmələrinə yardım edə bilər.
Oxatan
Oxatanlar böyük niyyətlərindən və planlarından vaz keçməyəcəklər. Yaxın vaxtlarda gözlənilməyən fürsətlərin yaranması və həyatlarında əhəmiyyətli dəyişikliklərə nail olmaları mümkündür. Vaxtında verilən qərarların, eləcə də cəsur addımların indiyədək uzaq görünən arzuların həyata keçməsinə yol aça biləcəyi qeyd olunur.
Dolça
Dolçalar qarşılarına çıxan imkanlardan vaxtında yararlanaraq məqsədlərinə daha çox yaxınlaşa bilərlər. Fikirlərini müdafiə etməkdən çəkinməyəcək, qərar verərkən başqalarının razılığını gözləməyəcəklər. Proqnoza görə, ardıcıl və məqsədyönlü fəaliyyət onlara böyük uğurlar gətirə bilər.