QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Fərhad Quliyev Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini vəzifəsinə gətirilib.

Ukraynada yaşayan azərbaycanlı təyinatla bağlı sosial media hesabında paylaşım edib. O, yeni vəzifəsinin Kiyevin təhlükəsizliyinin təmin olunması baxımından məsuliyyət daşıdığını bildirib.

Quliyev qeyd edib: “Mənə həvalə olunan vəzifənin məsuliyyətini, paytaxtın və dövlətin təhlükəsizliyini təmin etmək üçün səmərəli işin vacibliyini başa düşürəm”.