QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda marketə müştəri kimi gələn şəxs kassirə saxta 50 manat verərək alış-veriş edib.
Hadisə noyabrın 2-də saat 12:10 radələrində İbrahimpaşa Dadaşov küçəsindəki “OBA Market”in “Gənclik 5” filialında baş verib.
Kassirin ifadəsinə görə, naməlum şəxs əvvəlcə mağazadakı bankomata yaxınlaşıb və hesaba pul yatırmağa cəhd göstərib. Bununla o, adi müştəri təsiri yaradıb. Ardından кассирə yaxınlaşaraq 10 manatlıq əskinası xırdalamaq istəyib. Kassa əməkdaşı xırda pula ehtiyac olduğundan təklifi qəbul etdiyini, xırda 10 manatı alıb bütöv əskinası qarşı tərəfə verdiyini bildirib.
Kassirin etibarını qazandıqdan sonra həmin şəxs əlindəki 50 manatın yeni olduğunu və bankomatın onu qəbul etmədiyini deyərək əskinası dəyişməyi xahiş edib. Bu zaman saxta 50 manatı kassirə verib.
Həmin pulla ümumilikdə 9 manat 89 qəpik dəyərində üç məhsul — tütün məmulatı, “Red Bull” enerji içkisi və “Qızıl 12” Poz-Qazan lotereya bileti alıb. Şəxs kassirin diqqətinin yayınmasından istifadə edərək qalığı həqiqi əskinaslarla götürüb və marketdən çıxıb.
Təhlükəsizlik kamerasının görüntülərində kassirin hadisədən az sonra növbəti müştəriyə xidmət zamanı əskinasın saxta olduğunu anlayaraq onu digər pullardan ayırdığı görünür.