QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi Dilara Talaydan boşanıb.
Cütlük bu gün baş tutan məhkəmə iclasında münasibətlərinə son qoyub və ayrılıq sakit şəkildə rəsmiləşib.
Berdan Mardini ilə Dilara Talay arasındakı yaş fərqi daha əvvəl müzakirə mövzusu olmuşdu. Talayın 24, müğənninin isə 48 yaşı var.
Mardini 2010-cu ildə Fatoş adlı qadınla ailə həyatı qurub. Onların nikahı 2021-ci ildə sona çatıb. Ayrılığa Fatoşun müğənniyə uzun illər xəyanət etməsinin üzə çıxması səbəb olub.
Berdan Mardini “Senden Çocuğum Olsun”, “Mardin Kapı Şen Olur” və “Sorarım Sorarım” mahnıları ilə tanınıb.