QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İran dəniz blokadası və silahlı münaqişə davam etdikcə ABŞ-la danışıqlar aparmağı mümkün saymır. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai brifinqdə danışıb.

Diplomat jurnalistlərə müraciətində bildirib: “Dəniz blokadası, müharibə davam edərkən və aktivlərimiz dondurularkən, ABŞ ilə onları maraqlandıran müxtəlif məsələlər üzrə danışıqlar apardığımızı təsəvvür edə bilərsinizmi?”

Bəqainin sözlərinə görə, Tehranın tələbləri bu ilin aprelində İslamabadda əldə olunan razılaşmalara söykənir. O qeyd edib ki, sənəddə hər iki tərəfin öhdəlikləri aydın göstərilib və Vaşinqton razılaşmanı qəbul edib, lakin daha sonra şərtləri pozub.

İran XİN nümayəndəsi, həmçinin son aylarda ölkəyə qarşı tətbiq edilən yeni sanksiyaların ləğvini Tehranın tələbləri sırasında göstərib.