QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub.

Özbəkistanlı futbolçu evliliyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Milli komandaların oyunları səbəbindən çempionatda yaranan fasilədən istifadə edən Raxmonaliyevin toy mərasimi Özbəkistanda keçirilib.