QafqazNews Habertürk-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu sözçüsü Hüseyn Muhibbi ölkənin hərbi texnika sahəsində işlərini davam etdirdiyini, xüsusən də füzələrin mənzilini artırmaq üzrə çalışmaların sürdüyünü bildirib.
Yarırəsmi Fars Xəbər Agentliyinə görə, Muhibbi "Düşmənin maddi və mənəvi hədəfləri bizim üçün əlçatandır" deyərək, "Füzələrin mənzilini artırma çalışmaları davam edir və bu işi dayandırmayacağıq" ifadəsini işlədib.
O, həmçinin İranın hər cür strateji dəyişikliyə hazır olduğunu vurğulayıb və əlavə edib: "Əgər rəhbərlik nüvə doktrinasını nəzərdən keçirmək qərarı versə, lazımi hazırlıqlar görüləcək."
Təxminən 30 ildən artıqdır ki, raket proqramını inkişaf etdirən Tehran idarəsi 300-dən 3 min kilometrə qədər mənzilli müxtəlif ballistik raketlərə malikdir.
Kimyəvi, nüvə və bioloji başlıq daşıma qabiliyyəti olan bu ballistik raketlər vasitəsilə İranın Avropanın bir çox nöqtəsinə, Asiya və Afrika ərazilərinin böyük hissəsinə və Yaxın Şərqə zərbə endirmək potensialı olduğu bildirilir ki, bu da xüsusilə İsrail başda olmaqla bəzi ölkələr tərəfindən təhlükə kimi qiymətləndirilir.