QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda gələcəyi ilə bağlı qərar verib. “Qızıl top”un beşqat sahibi olan portuqaliyalı futbolçu komanda ilə müqaviləsini yeniləməyi düşünmür.
2026/27 mövsümü Ronaldunun peşəkar karyerasının son mövsümü ola bilər. O, qərarı barədə artıq klub rəhbərliyinə məlumat verib. Futbolçunun “Ən-Nəsr”lə mövcud müqaviləsi 2027-ci ilin iyulunadək qüvvədədir.
Klub rəsmiləri Ronaldunu komandada daha uzun müddət saxlamağa çalışır. Hazırda daha real görünən ehtimal isə müqavilə bitdikdən sonra onun karyerasını yekunlaşdırmasıdır.
Ronaldu bu mövsüm “Ən-Nəsr”in heyətində 12 oyuna çıxaraq doqquz dəfə fərqlənib. Karyerası boyunca vurduğu qolların ümumi sayı 985-dir.
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını başa vurduğunu açıqlayıb.