QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İran ordusu Hörmüz boğazında müşahidə və yoxlama tədbirlərini gücləndirib. Bu barədə İran mətbuatına ordunun sözçüsü Məhəmməd Əkrəminiya məlumat verib.
Əkrəminiyanın sözlərinə görə, ordunun döyüş hazırlığı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Baş komandanın əmri əsasında boğazda daha ciddi nəzarət və izləmə tədbirləri görülür.
O bildirib ki, son həftələrdə İran silahlı qüvvələri ilə razılaşdırmadan boğazdan keçən gəmilər ciddi təhlükələrlə üzləşib və minalara düşüb.
Ordu rəsmisi yeni texnologiyalardan istifadə, köhnə sistemlərin yenilənməsi və hərbi infrastrukturun möhkəmləndirilməsi sayəsində Hörmüz boğazına nəzarətin artdığını da qeyd edib.
Dünən İran ordusunun baş komandanı Əmir Hatəmi Hərbi Dəniz Qüvvələrinin komandanlığına tapşırıb ki, ABŞ Tehranın irəli sürdüyü yeddi şərti yerinə yetirənədək boğazın bağlanması rejimi hər gün daha da sərtləşdirilsin.