QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azercell “Super Cümə” kampaniyası çərçivəsində “Apple”, “HONOR”, “Samsung” və “CANYON” markalarının seçilmiş smartfon, planşet və aksessuarlarını 60%-dək ucuz qiymətə təklif edir. Güzəşt yalnız məhsulun tam ödənişi zamanı tətbiq olunur.
Kampaniya Bəsti Bağırova küçəsi 2 ünvanındakı Azercell Exclusive ofisində keçərlidir.
Endirimlər 30 noyabr 2026-cı ilədək davam edəcək. Güzəştə düşən məhsulların siyahısı Azercell-in rəsmi saytında yerləşdirilib.