QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İranda yanvar ayında baş vermiş iğtişaşlarla əlaqədar üç nəfər edam olunub. Onlar ictimai binalara hücumlarda iştirak etməkdə, həmçinin İsrail və ABŞ ilə əməkdaşlıqda təqsirli biliniblər.

Edam edilənlər Həsən Diobənd, Həmid Kazemi və Reza Zəngənedir.

Onlara odlu silah və qumbara işlətmək, “Molotov kokteyli”ndən istifadə etmək, ictimai binaları yandırmaq, eləcə də Kərəc şəhərindəki elektrik yarımstansiyasına ziyan vurmaq ittihamları irəli sürülüb.