QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Masallı rayonunda yaşayan 15 yaşlı Səma Mirverdiyevanın qaçırıldığı iddia edilir. Hadisənin sentyabrın 7-də baş verdiyi bildirilir.

Atası Ramiz Mirverdiyevin sözlərinə görə, qızı rəfiqəsinin evinə gedib. O, həmin rəfiqəsinin 19 yaşlı qardaşı Asəfin Səmanı qaçırdığını bildirib.

Ramiz Mirverdiyev qızından bir aydır xəbər tuta bilmədiyini qeyd edib. Hadisə barədə polisə məlumat verilib.