QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ağdaş rayonunda güllə yarası alaraq həyatını itirən şəxsin kimliyi və hadisənin baş verdiyi yer məlum olub.
Meyit Qarağan-Sədi kəndində aşkarlanıb. Vətən müharibəsi iştirakçısı olan 40 yaşlı Rəşad Mübariz oğlu Abidovun bədənində güllə yaraları olduğu müəyyən edilib.
Onun hansı şəraitdə öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.