QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İsmayıllı şəhərində kafedə baş verən bıçaqlanma hadisəsində 28 yaşlı kişi xəsarət alıb.

Hadisə noyabrın 26-da gecə saatlarında qeydə alınıb. 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq yaraları ilə xəstəxanaya aparılıb.

Xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata əsasən, hadisəyə kafedə hesabın ödənilməsi üstündə yaranan mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.