QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İsrail parlamenti məscidlərdən azan səsinin eşidilməsini qadağan etməyi nəzərdə tutan qanun layihəsini qəbul etməyib. Səsvermə öncəsi fələstinəsilli deputatlara qarşı təhqiramiz ifadələr işlədən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir iclas zalından uzaqlaşdırılıb.

Layihəni ifrat sağçı “Yəhudi Gücü” Partiyası irəli sürüb. Sənədə qarşı 63, lehinə isə 45 deputat səs verib. “Yashar” Partiyasının lideri, hökuməti formalaşdırmaq səlahiyyəti verilən Qadi Ayzenkot da təşəbbüsün əleyhinə çıxıb. Əvvəlki illərdə oxşar layihələrə qarşı mövqe sərgiləyən ultraortodoksal (haredi) deputatların böyük hissəsi səsverməyə qatılmayıb.

Qanun layihəsinin təqdimatçısı olan Ben-Qvir fələstinəsilli deputatlara “Rədd olun, ailələriniz də rədd olub getsin, terror tərəfdarları, rədd olun” deyə qışqırıb. O, müxalifət blokunda yer alan “Beyahad” Partiyasının deputatı Eytan Ginzburqu da “axmaq” adlandırıb. Ardınca nazirin parlament zalından çıxarılması barədə qərar verilib.