QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, Gaziosmanpaşa Cumhuriyet Başsavcılığı koordinasiyasında İstanbul Havalimanı Gümrük Müfəttişliyi Qaçaqçılıq və Kəşfiyyat İdarəsi tərkibində fəaliyyət göstərən Narkokim Bölməsi əməkdaşları tərəfindən Təbriz‑İstanbul istiqamətində uçan İran hava yolu şirkətinə məxsus təyyarədə narkotik yoxlaması aparılıb.

Yoxlama nəticəsində İran vətəndaşları Tayyebeh G. ilə Hanieh Honarvar R.-yə məxsus çantalarda şübhəli əşyalar aşkar edilib. Aparılan təhlillər göstərib ki, narkotik maddə geyimlərə emdirilmiş şəkildə yerləşdirilib.

Hadisə yerində ümumi çəkisi 20 kiloqram olan və bazar dəyəri təxminən 80 milyon 480 min türk lirəsi olan narkotik maddə götürülüb.

Üzərində dayanılan şəxslərdən iki nəfər saxlanılaraq müvafiq istintaq tədbirləri görülmək üçün polis nəzarətinə verilib.