QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi İsveçrənin diplomatik ofisində çalışan Astier Silveni arzuolunmaz şəxs elan edərək, Pxenyandakı nümayəndəliyin bağlanmasını istəyib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) noyabrın 25-də yaydığı məlumata əsasən, Silveniyə İsveçrənin diplomatik ofisinin fəaliyyətinə son qoyulması və Şimali Koreyanı tərk etməsi barədə nota verilib. Bildirilib ki, ölkə hakimiyyətinə qarşı açıq düşmənçilik addımı kimi qiymətləndirilən hərəkətlər, habelə Şimali Koreyanın suveren hüquq və vətəndaşlarının maraqlarına yönələn davranışlar qəbuledilməzdir.
Diplomatın ölkəni tərk etməsi üçün 48 saat müəyyənləşdirilib. Notanı Şimali Koreya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Pak Hyon Su təqdim edib.
Məlumatda Pxenyanın qərarını İsveçrənin Sonqovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına salması ilə əlaqələndirdiyi qeyd olunub.