QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin TRT 1 kanalında yayımlanan “Evlilik Güzeldir” serialının bu gün efirə çıxması nəzərdə tutulan yeni bölümü təxirə salınıb.

Qərara İzmir vilayətinin Aliağa rayonundakı HABAŞ Dəmir-Polad zavodunda baş vermiş partlayış və hadisə nəticəsində insanların həyatını itirməsi səbəb olub.

Faciə ilə əlaqədar bölümün yayımı ləğv edilib. Serialın növbəti bölümünün gələn həftə tamaşaçılara təqdim olunacağı gözlənilir.