QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan cari ilin ilk 10 ayında Türkiyədən 1 milyard 975,498 milyon ABŞ dolları məbləğində mal idxal edib. Bu göstərici 2025-ci ilin müvafiq dövründən 0,3 faiz aşağıdır.

Hesabat dövründə Azərbaycana göndərilən məhsullar Türkiyənin ümumi ixrac həcminin 1 faizini təşkil edib. Oktyabrda isə Türkiyədən Azərbaycana 207,181 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 16,2 faiz azdır.

Yanvar-oktyabr aylarında Türkiyədən ən çox mal alan ölkələr Almaniya, ABŞ və Birləşmiş Krallıq olub. Almaniyanın idxalı 17 milyard 322 milyon ABŞ dollarına çataraq illik müqayisədə 4,2 faiz artıb. ABŞ 12 milyard 515 milyon ABŞ dolları dəyərində mal idxal edib ki, bu da 15,6 faiz çoxdur. Birləşmiş Krallığın göstəricisi isə 11 milyard 878 milyon ABŞ dolları olub və 3 faiz yüksəlib.

Türkiyənin ümumi mal ixracı illik hesablamada 6 faiz artaraq 206 milyard 037,715 milyon ABŞ dollarına yüksəlib. Oktyabr ayı üzrə ixrac 6,6 faiz artıb və 22 milyard 334,023 milyon ABŞ dolları təşkil edib.