QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-də tədqiqatçılar insan iştirakı olmadan orbitdə konstruksiya qurmağa imkan verən robot texnologiyasını sınaqdan keçiriblər.
Kaliforniya Texnologiya İnstitutunun (Caltech) hazırladığı ASTRA robotu kosmosda konstruksiyanın yeni elementini müstəqil şəkildə yığıb. Layihə ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə reallaşdırılıb.
Robot xüsusi manipulyatorundan istifadə edərək konstruksiya hissələrini götürüb və onları birləşdirib. Sınaqda əvvəlcədən hazırlanmış iki hissədən əlavə, orbitdə üçüncü elementin də yığılması həyata keçirilib.
Tədqiqatçıların sözlərinə görə, texnologiya gələcəkdə kosmosda iri teleskopların, radioantenaların və günəş enerjisi sistemlərinin qurulmasına şərait yarada bilər.
ASTRA sistemi 30 mart 2026-cı ildə SpaceX-in Transporter-16 missiyası ilə orbitə çıxarılıb.