QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rumıniyanın Maramureş dağlarında sərhədi qanunsuz keçdiyi ehtimal olunan üç Ukrayna vətəndaşı aşkarlanıb. Onlardan ikisi sağ tapılıb, üçüncünün isə öldüyü məlum olub.
Rumıniya Sərhəd Polisinin Siqetu-Marmaçiey ərazi müfəttişliyinin nümayəndəsi Alina Petraru bildirib ki, anonim zəngdən sonra üç nəfərin axtarışına başlanılıb. Onların Ukraynadan Rumıniyaya qanunsuz daxil olduğu ehtimal edilirdi. İki nəfər Repedya yaşayış məntəqəsinin yaxınlığında, dövlət sərhədinə yaxın ərazidə tapılıb.
Üçüncü şəxs də sonradan müəyyən edilib, lakin artıq həyatını itirmişdi. Petrarunun sözlərinə görə, güclü qar yağışından sonra dağlıq ərazidə hərəkət çətinləşdiyindən axtarış-xilasetmə işləri mürəkkəb şəraitdə aparılıb.
2026-cı ilin ilk altı ayında Rumıniyanın dağlıq ərazilərindən ölkəyə qanunsuz keçməyə cəhd edən təxminən 2,5 min Ukrayna vətəndaşı saxlanılıb. Onlardan 1,2 minə yaxını Maramureşdə, təxminən 1 mini Suçavada, 300-dən çoxu isə Satu-Maredə qeydə alınıb.
2025-ci ilin eyni dövründə həmin ərazilərdə 3,7 mindən artıq şəxs saxlanılmışdı. Beləliklə, bir il ərzində bu göstərici təxminən 33 faiz aşağı düşüb.