QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Almaniyanın Kel şəhərində bir mənzildə erməni ailəsinin beş üzvünün meyiti aşkarlanıb. Hadisə zamanı 11 yaşlı qız və 12 yaşlı oğlan da kritik vəziyyətdə olub.

Ölüm səbəbi ilkin olaraq qaz sızması kimi göstərilsə də, istintaq bu ehtimalı araşdırır və cavabsız sualların olduğunu bildirir. Uşaqların həm Ermənistan, həm də Almaniya vətəndaşlığı olub.

Polisin məlumatına görə, ölənlər 46 yaşlı ata, onun 74 yaşlı anası və 10-14 yaş aralığında olan üç nəfərdir. Hadisə baş verərkən uşaqların anası evdə olmayıb.

Hadisə noyabrın 23-də səhər üzə çıxıb. Uşaqların məktəbə gəlməməsi təhsil müəssisəsində narahatlıq yaradıb.

İstintaq hadisənin texniki nasazlıqdan, yoxsa cinayət nəticəsində baş verdiyini müəyyənləşdirməyə çalışır.