QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Volodimir Zelenskinin Moskvaya səfəri zamanı təhlükəsizliyinin təmin olunması təklifini müsbət qarşılayıb.
Lukaşenko noyabrın 24-də Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirmişdi. O, Ukraynadakı münaqişənin dayandırılmasının vacibliyini vurğulayaraq, Ukrayna liderinin təhlükəsizliyinə zəmanət verməyə razı olduğunu demişdi.
Peskov təklifə münasibət bildirərkən onu Zelenski üçün çox yaxşı təşəbbüs adlandırıb və əlavə edib ki, Zelenski bunu bəyənməyib.
Daha əvvəl Zelenski Lukaşenkonun danışıqlar üçün onunla birlikdə Moskvaya getmək barədə tövsiyəsini qətiyyətlə rədd etmişdi. Ukrayna Prezidenti bu mövqeyini Macarıstanın Baş naziri Peter Madyarla görüşdən sonra açıqlamışdı.