QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna lideri Volodimir Zelenskiyə Donald Trampla ünsiyyətdə nəzakətli və xoşməramlı davranmağı məsləhət görüb. Məqsəd Vaşinqtondan təhlükəsizlik zəmanətləri almaqdır.

Kuşner bu fikirləri Almaniyanın “Axel Springer SE” media qrupunun rəhbəri Matias Döpfnerlə söhbəti zamanı səsləndirib. Onun sözlərinə görə, Tramp Ukraynaya belə təminatların verilməsinin ABŞ-nin milli maraqlarına uyğunluğunu müəyyənləşdirməlidir. Buna görə Zelenski prezidentin qərara nə dərəcədə meyilli olduğunu anlamaq üçün onunla hörmət və konstruktivlik üzərində qurulan dialoq aparmalıdır.

Xüsusi nümayəndə qeyd edib ki, müzakirələrin əvvəlində Kiyev üçün əsas prioritet təhlükəsizlik zəmanətləri olub. Kuşnerin bildirdiyinə görə, Avropada müharibədən sonrakı dövrə aid təhlükəsizlik sistemi qurularsa, Tramp NATO nizamnaməsinin beşinci maddəsinə bərabər təminatların Ukraynaya verilməsi imkanına müsbət yanaşa bilər.

Noyabrın 24-də Cared Kuşnerin Zelenskinin danışıqlar aparma üsullarını tənqid etdiyi barədə məlumatlar yayılmışdı.