QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycana səfər edən Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Litva diplomatiyasının ulduzu” mükafatını verib.
Budris bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nazir Dambrauskasa təşəkkürünü bildirərək onun fəaliyyətini idman diplomatiyasının ən mükəmməl nümunəsi adlandırıb. O, mükafat sahibinin Litvanı tanıtdığını, idman ictimaiyyətini bir araya gətirdiyini və ölkə ilə vətəndaşları qarşısında qürur duymağa imkan yaratdığını qeyd edib.
Xatırladaq ki, litvalı nazir ötən gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakı Olimpiya Stadionunda “Sabah” və “Barselona” komandalarının UEFA Çempionlar Liqasının V turu çərçivəsindəki qarşılaşmasını izləyib. Matç Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.