QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Cud Bellinqem və “Borussiya Dortmund”un futbolçusu Cob Bellinqemin atası Mark Bellinqem 50 yaşında daha bir əlamətdar nəticə əldə edib.
Həvəskar futbol karyerasında 700-dən artıq qol vuran veteran hücumçu İngiltərənin yaşı 50-dən yuxarı oyunçulardan təşkil olunmuş yığmasının heyətində ilk rəsmi qarşılaşmasına çıxıb.
İrlandiya Respublikasının veteranlar komandası ilə görüşdə Bellinqem yeddi qol vurub. Beləliklə, 50 yaşlı futbolçu debüt matçının əsas qəhrəmanı olub.
İngiltərə yığması oyuna tam nəzarət edib və qarşılaşmanı 13:1 hesablı qələbə ilə başa vurub.