QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte NATO Parlament Assambleyasının sessiyası çərçivəsində keçirilən müzakirədə alyansla əməkdaşlıq edən ölkələrin adlarını çəkərkən səhvə yol verib.
Rutte Cənubi Koreyanın əvəzinə Şimali Koreyanı qeyd edib. O, “Biz Avstraliya və Yeni Zelandiya, Şimali... Xeyr, xeyr, Şimali deyil, üzr istəyirəm, Cənubi Koreya və Yaponiya ilə sıx əməkdaşlıq edirik” deyərək dərhal düzəliş edib.
Çıxışın videosunu “Sky News” telekanalı yayımlayıb. Ruttenin səhvi tədbir iştirakçılarının gülüşünə səbəb olub.