QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatında dostları ilə düşərgədə olan 19 yaşlı universitet tələbəsi Keri Vinson güllələnərək öldürülüb.

Yeni vəzifəsinin icrasına başlayan şerif Co Vinsonun oğlu olan Keri bazar günü ştatın şimal-qərbində, Blekvoter çayının sahilində dostları ilə çadır qurub. Düşərgə zamanı çadıra atəş açılıb və başından yaralanan gənc hadisə yerində həyatını itirib.

Şahidlər atəş səslərindən sonra hadisə yerindən uzaqlaşan avtomobilin mühərrik səsini eşitdiklərini bildiriblər. Düşərgədə olan digər gənclər xəsarət almayıblar.

Keri Vinson atasının dövlət vəzifəsinə başlamaq üçün and içməsindən cəmi bir neçə gün sonra həyatını itirib.