QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə vəzifəsinin icrasına bir neçə gün əvvəl başlayıb və hazırda universitetin fəaliyyəti ilə tanış olur. Yeni rəhbərliyin mümkün kadr və struktur dəyişiklikləri, eləcə də ilkin qərarları diqqət mərkəzindədir.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin açıqlamasında bildirilib ki, rektorun fəaliyyəti və qərarları barədə məlumatlar universitetin rəsmi kanallarında paylaşılır.

Məleykə Abbaszadənin rektor təyin edilməsindən sonra universitetdə kadr dəyişiklikləri olacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bir neçə gün əvvəl bəzi KİV-lər rektor köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edildiyini yazıb. Universitet isə həmin xəbərləri təkzib edib.

Prezident İlham Əliyev noyabrın 19-da imzaladığı sərəncamla Məleykə Abbaszadəni Bakı Dövlət Universitetinin rektoru təyin edib.