QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumları iki mülki şəxsin ölümü, 41 nəfərin yaralanması ilə nəticələnib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) sosial şəbəkə hesabında yayılan açıqlamada şəhərin gecə saatlarında hədəfə alındığı bildirilib.
Məlumata əsasən, zərbələr bir neçə çoxmərtəbəli yaşayış binasına dəyib. Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.