QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev şahid qismində dindirilib. Onlar cinayət işi ilə bağlı ittiham və müdafiə tərəflərinin suallarını cavablandırıblar.

Bu iş üzrə Ramiz Mehdiyevin özü və qızı Kamilə Əliyeva da şahid kimi göstərilsələr də, hələ ifadə verməyiblər. Növbəti proses digər şahidlərin iştirakı üçün təxirə salınıb.

Əli Kərimli və Məmməd İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunublar. Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib, lakin yaşı və səhhəti nəzərə alınaraq cəzası şərti hesab olunub.