QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar bu gün Zakarpatyaya səfər edəcək və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Bu, Macarıstan hökumət başçısının 2015-ci ildən bəri bölgəyə ilk səfəridir. Madyarı xarici işlər naziri Anita Orban müşayiət edəcək. Rəsmilərin yerli macar icmasının rəhbərləri ilə görüşməsi, həmçinin bir neçə macar müəssisəsinə baş çəkməsi planlaşdırılır.

İyun ayında Madyar Zakarpatyadakı macar icmasının hüquqları ilə bağlı Macarıstanla Ukrayna arasında razılaşmanın rəsmiləşdirildiyini açıqlamışdı. O bildirmişdi ki, sənəd Ukraynada yaşayan etnik macarların təhsil, mədəniyyət, dil və siyasi hüquqlarını əhatə edir.