QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, türkiyəli müğənni Asena Özçetin yol-nəqliyyat hadisəsində həyatını itirib.

53 yaşlı sənətçinin vəfatını uzun müddət solist kimi çıxış etdiyi “Karakedi” qrupu açıqlayıb. Hadisənin harada və hansı şəraitdə baş verdiyi məlum deyil.

Özçetin rok və metal janrlarında fərqli vokal üslubu ilə tanınıb. O, “Uçurumlar arasında”, “Yeter ki susma”, “Bana kalan”, “Kadınlar bayramı”, “Kanatlar”, “Kimse bilmez”, “Yoktur eşin” və “Son sözüm” mahnıları ilə məşhurlaşıb.