QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, bu ilin ilk doqquz ayında Azərbaycana 90 milyon 123 min 940 həşərat idxal edilib. Onların ümumi gömrük dəyəri 171 min 710 dollar, yaxud 291 min 907 manat olub.
İdxal olunan həşəratların bir ədədinin orta gömrük dəyəri 0,0019 dollar (0,0032 manat) təşkil edib.
Ən böyük həcmdə həşərat Rusiyadan gətirilib: 88 milyon 304 min ədəd. Bu ölkədən idxal olunan hər birinin orta gömrük dəyəri 0,003 manat göstərilib.
Mərakeşdən 1 milyon 98 min həşərat (birinin orta dəyəri 0,05 manat), Belçikadan 718 min ədəd (0,013 manat), İsraildən 770 ədəd (44,8 manat), Türkiyədən 3 min 140 ədəd (4,7 manat), Niderlanddan isə 30 ədəd (757,1 manat) gətirilib.