QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin Aksaray-Nevşehir avtomobil yolunun Alayhan ərazisində sərnişin avtobusu aşıb.
Ankaradan Qaziantepə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, qəzada 19 nəfər xəsarət alıb.
Hadisə yerində 112 Təcili Tibbi Yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları xilasetmə işlərini davam etdirirlər.