QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələr başa çatmaq üzrədir. Artımın təxminən 100 manat olacağı ehtimal edilir.
Hazırda minimum əməkhaqqı 400 manat təşkil edir.
Layihənin noyabrın sonu və ya dekabrın əvvəlində parlamentin aidiyyəti komitəsində müzakirəyə çıxarılması gözlənilir.