QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi ölkənin bütün ştat və rayonlarının maoçu silahlılardan təmizləndiyini açıqlayıb. Onun sözlərinə görə, bu, Hindistan tarixində ilk dəfə baş verib.
Modi bu barədə hindu bayramı Divali ilə bağlı çıxışı zamanı danışıb. Baş nazir 2026-cı ildəki bayramı xüsusi adlandıraraq, bunun onilliklər davam edən maoçu terrorizmlə mübarizədə qələbədən sonra keçirilən ilk Divali olduğunu bildirib.
“Bu, ölkənin bütün rayonlarının azad olduğu ilk Divalidir!”, – deyə Modi vurğulayıb.
Maoçu silahlı qruplaşmalar 1967-ci ildən Mərkəzi və Şərqi Hindistanın bir sıra ştatlarında fəaliyyət göstərib. Onlar əsasən meşəlik ərazilərdə gizlənərək yaşayış məntəqələrinə hücumlar, təxribatlar və terror aktları törədiblər.