QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İranın ali dini rəhbəri Müctəba Xamenei ABŞ-la münasibətlərdə “nə müharibə, nə də sülh” vəziyyətinin sona çatdırılması barədə göstəriş verib. Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Pezeşkian deyib ki, İran şərəfini qorumaqla dialoqa başlaya və məsələni bu prinsipi gözləməklə həll edə bilər. Onun sözlərinə görə, ölkənin gələcəyini nəzərə almamaq və ya onu məhv etmək yolverilməzdir.

İran prezidenti hüquqları dialoqla təmin etmək mümkün olduqda müharibədən yayınmağın vacibliyini vurğulayıb. Bununla yanaşı, Pezeşkian zülm qarşısında geri çəkilməyəcəklərini bildirib.