QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərinin Kozan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də qeydə alınıb. Zəlzələnin ocağı 15,35 kilometr dərinlikdə olub.