QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Naxçıvanda Vasif Talıbovun Ali Məclisə rəhbərlik etdiyi dövrdə imzaladığı 47 fərman ləğv olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Ali Məclis sədrinin bəzi fərmanlarına dəyişiklik edilməsi və bir sıra sənədlərin qüvvədən düşməsi barədə qərar imzalayıb.
Qərarla fəxri adlar, dövlət qurumlarının fəaliyyəti və strukturları, sosial müdafiə, iqtisadi inkişaf, nəqliyyat, vergi, ekologiya, rabitə və digər sahələrlə bağlı fərmanlar ləğv edilib. Siyahıya həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin strukturu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Dövlət Gömrük Komitəsi, Dövlət Baytarlıq Xidməti, Ombudsman, turizm və təlim mərkəzinin yaradılması və fəaliyyətinə dair sənədlər daxildir.