QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, PAŞA Bank 24–25 noyabr 2026-cı il tarixlərində keçirilən X Beynəlxalq Bankçılıq Forumuna tərəfdaşlıq edib.

“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda təşkil olunan tədbirdə bankların və tənzimləyici qurumların nümayəndələri, maliyyə texnologiyaları şirkətləri, texnologiya təchizatçıları, eləcə də yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Forumda süni intellektin maliyyə xidmətlərinə tətbiqi, açıq bankçılıq, yeni nəsil ödəniş sistemləri, kibertəhlükəsizlik və dələduzluqla mübarizə məsələləri nəzərdən keçirilib. Müzakirələrdə rəqəmsal aktivlər, məlumatlara əsaslanan bankçılıq, dayanıqlı maliyyələşdirmə və müasir kredit həlləri də gündəmdə olub.

Tədbir bank sektorunun gələcək inkişafını müzakirə etmək, beynəlxalq təcrübəni bölüşmək və sahə iştirakçıları arasında əməkdaşlığı genişləndirmək üçün imkan yaradıb.

PAŞA Bank maliyyə sektorunda davamlı inkişafa, rəqəmsal transformasiyaya və innovativ bank həllərinin tətbiqinə töhfə verən təşəbbüslərə dəstəyini davam etdirir.